Körpülərin vəziyyəti ilə bağlı məsələ gündəmdə olan mövzudur. Problemin qabarıq şəkildə özünü göstərməsi onu deməyə əsas verir ki, biz bütün körpüləri mütləq müayinədən keçirtməliyik.
Bu sözləri BUTA.TV-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Azərbaycanda körpülərin təhlükəsizliyi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, baş verən son hadislər istər paytaxtda, istərsə də digər bölgələrimizdə körpülərin yoxlanmasını zəruri edib:
“Aidiyyəti qurumlar - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də daxil olmaqla, mütləq körpülərin mövcud vəziyyətini yoxlamalıdır. Bizdə son illər çəkilən yolların böyük əksəriyyəti nəzərdə tutulan müddətə dözmür. Bakı-Quba yolunu 30 il üçün çəkdilər, üç ildən sonra dağılmağa başladı. On ilin tamamında da söküb, təzədən çəkdilər. Yəni bu, körpülərdə də baş verə bilər. Düşünürəm ki, bütün körpülər vaxtı-vaxtında müayinə olunmalı, təhlükəli vəziyyət varsa, aradan qaldırılmalıdır. Çünki burada insanların həyatından söhbət gedir. Qabaqlayıcı tədbirlər vaxtında görülməli, hadisələrin baş verməsinin qarşısı əvvəlcədən alınmalıdır. Ola bilər, bəzi körpülərdə təhlükə aşkarlansın. İndiki vəziyyət bunu bir daha göstərdi. Düşünürəm ki, həm tunellər, həm də körpülər tamamilə nəzarətə götürülməlidir”.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Qeyd edək ki, sentyabrın 15-də Xaçmaz-Xudat yolunun üzərindəki körpü, sentyabrın 18-də isə Astaranın Vaqo kəndindəki körpü təbii fəlakət nəticəsində yarasız hala düşərək dağılıb.
- Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Video
- “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video