ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa və Qarabağa yüklərin çatdırılması üçün əsas marşrutlar olan Laçın “dəhlizi” və Ağdam yolu boyunca humanitar yardım axınını artırmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Blinkenin adından yaydığı bəyanatda qeyd olunub.
“Biz Prezident Əliyevlə bu yaxınlarda müzakirə etdiyimiz humanitar yüklərin Laçın dəhlizi və Ağdam magistral yolu ilə Qarabağa eyni vaxtda göndərilməsini alqışlayırıq. Ehtiyac duyulan ləvazimatların çatdırılması irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara cəlb etməyə və diqqəti region xalqlarına humanitar yardım axınının artırılması yollarına yönəltməyə təşviq edirik. ABŞ Ermənistan və Azərbaycanın çoxdankı problemlərin həlli, layiqli və davamlı sülhün əldə edilməsi üçün səylərini dəstəkləməyə sadiqdir”, - bəyanatda qeyd olunub.
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto