Erməni bloger Natali Aleksanyan Azərbaycan prezidentinə Qarabağ sakinləri üçün təhlükəsiz dəhlizlərin verilməsi ilə bağlı müraciət edib.
BUTA.TV xəbər verir ki, bloger bu barədə Feysbuk səhifəsində yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevə müraciət
Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağın günahsız sakinlərinin həyatını mümkün qədər qoruyasınız, uşaqların ölməsi və yaralanmasının qarşısını alasınız. Sizdən xahiş edirəm ki, imkan daxilində onların od-alovdan çıxarılması və canlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayırasınız. Hörmətlə, Natali Aleksanyan”, - bloger müraciətində bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı ermənilərə müraciət edərək Laçın və digər istiqamətlərdə humanitar dəhlizlərin açıldığını elan etmiş, həmçinin mülki şəxslərə Azərbaycan Silahlı Qüvvələrinin zərbə hədəflərinin yalnız Ermənistan silahlı qüvvələrinin qanuni hərbi hədəfləri olduğunu izah etmişdi.
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu