Azərbaycan Ordusunun dünən başlatdığı antiterror tədbirləri nəticəsində separatçı-terrorçular sürətlə zərərsizləşdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə erməni terrorçu dəstəsinin sabiq “ombudsmanı” Artak Beqlaryan da yazıb.
O bildirib ki, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə irəliləyişi və uğurları inkişaf edir:
“Zaman bizim əleyhimizə işləyir, çünki heç bir beynəlxalq aktorun, o cümlədən Rusiya və Amerika tərəfinin prosesi dayandırmaq istəmədiyi göz qabağındadır. Rusiya Federasiyası, ABŞ və Aİ-nin “artsax xalqını” tabe etmək üçün Azərbaycan gündəmini tam dəstəkləməsi mənim üçün mübahisəsizdir. Belə çətin geosiyasi vəziyyətdə və belə son dərəcə qeyri-bərabər müharibədə qəhrəman oğlanlarımız, sadəcə olaraq, canları bahasına ciddi nəticə əldə edə bilmirlər. Biz tamamilə mühasirədə və tək qaldıq, hətta Ermənistan da bu mübarizədə bizi tərk etdi”.
Beqlaryan qeyd edib ki, belə bir mətn yazmaq onun üçün “çətin” olsa da, həqiqəti söyləməyə məcburdur:
“Hər bir mübarizənin görünən perspektivi olmalıdır, xüsusən də minlərlə insan həyatı bahasına başa gəlirsə”.
O, müqavimətin heç bir perspektivi olmadığını bildirərək, mübarizəni dayandırmağa səsləyib. Eyni zamanda, ona “vətənpərvərlik dərsi” keçmək istəyənlərin mümkünlüyünə işarə edərək, bu iddiaları rədd edib və reallığı qəbullanmağa çağırıb.
- Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
- Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video