Qaşqay QUT Partiyası (Qaşqay Ulusal Türk Partiyası) Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsi ilə bağlı “Baydaq nyus”da dəstək bəyanatı yayıb.
Partiyadan BUTA.TV-a verilən məlumata görə, türkcə dərc olunan bəyanatda qaşqay türklərinin Azərbaycan Ordusuna hərtərəfli dəstəyi vurğulanıb.
Qeyd olunub ki, türk ordusunun zəfəri onları qürurlandırıb:
“Qarabağda yerləşən erməni terror qruplarının Azərbaycan Respublikası vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətlərindən sonra müzəffər Azərbaycan Ordusu Qarabağda təmizləmə işləri həyata keçirməyə məcbur qaldı. Qaşqay Türk Partiyası, Türk Qaşqay Xalq Birliyi terrorçulara qarşı mübarizədə Azərbaycan hökumətinə, millətinə və türk ordusuna qəti dəstəyini və türkçülük idealları uğrunda ölməyə hazır olduğunu bəyan edir. Həmçinin, İran hökumətinin bu yöndə Ermənistana dəstəyini qətiyyətlə pisləyir.
Yaşasın türk hökumətləri! Yaşasın türk orduları!”
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Həmin uşaqların anası polisə çağırıldı
- Bu müəllimlərin diqqətinə!
- Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video
- Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib
- Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto