Son zamanlar vətəndaşlara qarşı yönəlmiş iş təklifi adı ilə kiberdələduzluq halları müşahidə edilir. Özlərini hər hansı bir şirkətin nümayəndəsi kimi təqdim edən kiberdələduzlar vətəndaşlara iş təklifi ilə bağlı mesajlar göndərirlər. Onlar müxtəlif saxta veb səhifələr yaradaraq vətəndaşlara iş tapmağı, passiv gəlir əldə etməyi vəd edirlər. Vətəndaş saxta veb resursda qeydiyyatdan keçdikdən sonra ondan fərdi məlumatlarını və bank kartı məlumatlarını təqdim etmək tələb olunur.
Bu barədə BUTA.TV-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə aldanmamağı, tanımadıqları şəxslərdən gələn şübhəli linklər vasitəsilə fərdi məlumatlarını, eləcə də bank kartı məlumatlarını daxil etməməyi tövsiyə edir. Hər hansı şirkət və qurum adından belə təkliflər aldıqda ilkin olaraq həmin müəssisə ilə əlaqə saxlayın və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyünü dəqiqləşdirin.
Həmçinin, vətəndaşlar belə hallarla qarşılaşdıqda www.cert.az saytı, 1654 qaynar xətti, [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verə bilərlər”, - qurumdan bildirilib.
- Odessada həlak olan gəmi kapitanı dəfn edildi
- Sevincin və məyusluğun fövqündə olan anlar... - Video
- İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı - Video-Yenilənib
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Əməkdar jurnalist Nuraninin son durumu - Açıqlandı
- Həmin uşaqların anası polisə çağırıldı
- Bu müəllimlərin diqqətinə!