Latviyanın Ədliyyə Nazirliyi ölkə parlamentinə Rusiya və Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkədə qalmasını qadağan edən qanun layihəsi təqdim edəcək.
BUTA.TV xəbər verir ki, müvafiq idarənin məlumatına görə, bu qanun layihəsi ölkədə Rusiya və Belarusda qeydiyyatda olan avtomobilləri qanuni olaraq müsadirə etməyə imkan verəcək.
Ədliyyə Nazirliyi izah edib ki, əgər avtomobil üç ay ərzində yenidən qeydiyyata alınmasa və ya Latviya ərazisindən çıxarılmasa, nəqliyyat vasitəsinin müsadirəsi də daxil olmaqla, sanksiyalar tətbiq olunacaq.
- Yağış, külək, ildırım... – FHN xəbərdarlıq etdi
- Odessada həlak olan gəmi kapitanı dəfn edildi
- Sevincin və məyusluğun fövqündə olan anlar... - Video
- İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı - Video-Yenilənib
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Əməkdar jurnalist Nuraninin son durumu - Açıqlandı
- Həmin uşaqların anası polisə çağırıldı