Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
BUTA.TV xəbər verir ki, hazırda mərhumla Heydər Məscidində vida mərasimi keçirilir. Vida mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.
Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- “9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva
- DYP-dən sürücülərə müraciət
- Nazir ölümündən bir gün öncə onu ziyarət etmişdi... - Fotolar
- “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video