Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektlərə baxış keçirilib. Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi müəyyən edilmişdir.
- “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video
- Evdən 18 yaşlı gəncin meyiti tapıldı
- Bu binada cəmi 5 ailə qalıb - Onlar da şikayətçidir
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar