"Meta" platforması olan "META.O" avropalı istifadəçilər üçün İnstaqram və ya Feysbuka reklamsız abunəlik üçün ayda 16 avro (28 manat) almağı düşünür.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, "Meta" tənzimləyicilərə yaxın aylarda Avropadakı istifadəçilər üçün reklamsız abunə planını təqdim etməyə hazırlaşdığını açıqlayıb. Plana əsasən, istifadəçilər fərdiləşdirilmiş reklamlarla İnstaqram və Feysbuka pulsuz daxil olmağa və ya xidmətlərin reklamsız versiyaları üçün ödəniş etməyə davam edəcəklər.
Hesabatda plan çərçivəsində "Meta"nın tənzimləyicilərə masaüstü istifadəçilərdən Feysbuk və ya İnstaqram hesabı üçün ayda təxminən 10 avro (18 manat) və hər bir əlavə əlaqəli hesab üçün təxminən 6 avro (11 manat) tələb edəcəyini dediyi qeyd olunub.
WSJ-nin məlumatına görə, mobil cihazlarda qiymət ayda təxminən 13 avroya (23 manat) qədər artacaq, çünki "Meta" həmçinin Əpl və Quqlun tətbiq mağazalarının tətbiqdaxili ödənişlərindən komissiyaları da nəzərə alacaq.
- Ermənistan “qırmızı xətlərə” hörmət etdiyini deyir – Arakçı
- Tramp 907-ci maddənin fəaliyyətini rəsmən dayandırdı
- Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs
- Overçuk Zəngəzura görə İrəvana gəlir
- Ukraynaya növbəti humanitar yardım göndərildi
- İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi
- İrəvanda AB-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək