“SpeysX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.
BUTA.TV xəbər verir ki, "Gələcək üçün əvəzsiz imkanlar" mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mourinin moderatorluğu ilə baş tutub.
Canlı bağlantı “SpeysX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Kley Mouri arasında maraqlı müzakirə formatında keçirilir.
İlon Mask ona ünvanlanmış “SpeysX”in kosmik fəaliyyəti barədə sualları cavablandırır.
İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqress nümayəndələri iştirak edir.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...