Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş döyüş mövqelərindən birinə baxış keçirilərkən hərbi tibbi yardım üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin hərbi yükün daşınması məqsədilə istifadə edilməsi müəyyən edilib.
BUTA.TV xəbər verir ki, artilleriya atəşi nəticəsində yararsız vəziyyətə düşən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus nəqliyyat vasitəsi “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketlərinin saxlanılması və daşınması üçün istifadə edilib.
Qeyd edək ki, mülki təyinatlı texnikanın hərbi məqsədlərlə istifadə edilməsi beynəlxalq humanitar norma və prinsiplərində ziddir və qəbul edilməzdir.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı