Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın Ermənistan ərazisində olması ilə bağlı erməni mənbələrinin yaydıqları xəbər doğrudur.
Bu barədə “Buta.tv” Musavat.com-a istinadən xəbər verir.Məlumata görə, Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib. Məlumatı sayta verən mötəbər mənbənin rəyinə görə, Qarabağda hərbi cinayətlər törətmiş və əli dinc azərbaycanlıların qanına batmış rejim mənsubu harada olmasından asılı olmayaraq, Azərbaycan dövləti tərəfindən tapılacaq və öz cəzasına çatdırılacaq. Bu baxımdan Vitali Balasanyanın hazırda gizləndiyi Ermənistan o qədər də etibarlı bir yer sayılmır.
Qeyd edək ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı rəsmi məlumatda əsir düşmüş Natiq Qasımovun məhz Vitali Balasanyan tərəfindən vəhşicəsinə qətlə yetirildiyi açıqlanmışdı.

- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır