Ukrayna Prezidenti Vladimir Zelenski döyüşlərdə həlak olan Silahlı Qüvvələrin daha bir azərbaycanlı hərbçisini mükafatlandırıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Silahlı Qüvvələrin azərbaycanlı əsgəri Elvin İlqar oğlu Novruzovu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edib.
Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub, boya-başa çatıb. Ukraynada gedən genişmiqyaslı müharibənin ilk günlərindən döyüşə qatılan həmyerlimiz bu ilin əvvəlində Baxmut ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycanəsilli hərbçisini mükafatlandırıb. Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir
- Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video