"WhatsApp”da bir şəxslə söhbətlərinizi təhlükəsiz şəkildə qorumaq istəyirsinizsə, çox sadə bir üsul var.
BUTA.TV xəbər verir ki, Söhbət kilidi funksiyasını bir neçə saniyə ərzində aktivləşdirməklə siz başqasının söhbətlərinizə daxil olmasının qarşısını ala bilərsiniz. "WhatsApp”da söhbətlərinizi gizlətmək üçün edə biləcəyiniz çox sadə bir proses var. Üstəlik, bu, söhbət etdiyiniz digər insanlara təsir etmir. Söhbət kilidi adlanan bu proqramla siz Face ID və ya barmaq izi üsulları ilə seçdiyiniz söhbəti kilidləyə bilərsiniz. Bu yolla, telefonunuz başqasının yanında olsa belə, şəxsi məlumatınızı etibarlı şəkildə qoruya bilərsiniz.
Söhbətin kilidini açmaq; Müvafiq söhbətin "söhbət məlumatı” bölməsinə daxil olaraq onu aktivləşdirə və söndürə bilərsiniz.
Söhbəti kilidləmək istədiyiniz zaman, sizdən əvvəl cihaz identifikasiyası metodunuzu (telefon parolunuz, barmaq izi və ya face ID) quraşdırmaq istəniləcək. Söhbət kilidini aktivləşdirmək üçün: Söhbət məlumatı > Söhbət kilidi vurun. "Bu söhbəti barmaq izi ilə kilidləyin" və ya "Bu Söhbəti face ID ilə kilidləyin" seçiminə toxunun. Bununla da kilidlənmiş söhbətlər qovluğu "Whatsapp” səhifənizin yuxarı hissəsində yerləşir və qovluğa daxil olmaq istədiyiniz zaman parol tələb edir./Azxeber.com
- Ermənistan “qırmızı xətlərə” hörmət etdiyini deyir – Arakçı
- Tramp 907-ci maddənin fəaliyyətini rəsmən dayandırdı
- Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs
- Overçuk Zəngəzura görə İrəvana gəlir
- Ukraynaya növbəti humanitar yardım göndərildi
- İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi
- İrəvanda AB-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək