Bu supergüclər İsrailə tam dəstək verdi

02:10 - 10 Oktyabr 2023 - GÜNDƏM

 Bu supergüclər İsrailə tam dəstək verdi

Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ və Fransa liderləri birgə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək, HƏMAS-ın hərəkətlərini pisləyib və İsrailə tam dəstək ifadə ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Liderlər birlikdə ən təcili siyasi təşəbbüsləri müzakirə ediblər. Xüsusilə, girovların həyatının qorunmasının mütləq prioritet olduğu, diplomatik səylərin bunun üzərində cəmlənəcəyi qeyd edilib”, - məlumatda bildirilib.

Tərəflər İsrailin özünümüdafiə hüququnu təsdiqləyərək, böhranın regional miqyasda yayılmasının qarşısını almaq və münaqişədən zərər çəkmiş mülki əhalinin müdafiəsini təmin etmək üçün çalışmağın vacibliyini vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol