Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar.
“Bizim.media” xəbər verir ki, avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri edildiyi üçün avtomobil sürücünün əlindən alınıb və evakuatorla saxlama məntəqəsinə aparılıb. S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları sürücünü Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə aparıblar. Polis əməkdaşlarına müqavimət göstərdiyinə görə, sürücü barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, S.Qocayev “TikTok” sosial şəbəkə platformasında çəkdiyi videolar ilə məşhurlaşıb.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı