Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etməyin vaxtıdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.
O, Şuşada olmaqdan məmnunluğunu ifadə edib:
“Toplantının qədim Şuşada təşkil edilməsi xoşbəxtlik və qürur mənbəyidir. Azərbaycanlı qardaşlarımızı 30 illik işğala son verdiyi və tarixi ədalətsizliyi aradan qaldırdığı üçün alqışlayırıq”.
Nazir həmçinin Cənubi Qafqazda yeni dinamikanın formalaşmasının və Zəngəzur dəhlizinin açılmasının İƏT-in bütün üzvlərinin xeyrinə olduğunu bildirib.
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir
- Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video