Diqqət: Zədələnmiş pulu dəyişəndə faiz ödənilir?

23:06 - 10 Oktyabr 2023 - GÜNDƏM

 Diqqət: Zədələnmiş pulu dəyişəndə faiz ödənilir?

Mərkəzi Bank “Nağd pul ofis”lərinin fəaliyyətinin davam etdirilməsi barədə açıqlama yayıb. Təəssüf ki, vətəndaşlarımızın heç də hamısında bu ofislərin fəaliyyəti barədə məlumat olmadığı üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklər ilə üzləşirlər. Bəzi hallarda isə vətəndaşlarımız yararsız hala düşmüş pul əsginaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsi ilə dəyişdirirlər. Halbuki pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hər hansı bir maneə yaratmır.

BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O bildirib ki, pul zədələnibsə, çox asanlıqla, heç bir faiz ödəmədən onu öz dəyərinə dəyişmək mümkündür:

“Vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə bilərlər. Yararsız pul əsginasların dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

Digər tərəfdən, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.

Buna görə də yararsız pul nişanlarınız varsa, onu aşağı dəyərə dəyişdirməyin, qeyd edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə bilərsiniz”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol