HƏMAS-ın oktyabrın 7-si İsrailə hücumu zamanı qruplaşma üzvləri tərəfindən qaçırılan 22 yaşlı alman Shani Loukun həyatda olması iddia edilir.
“BUTA.TV” “Bild”ə istinadən xəbər verir ki, bu barədə məlumatı gənc turist qızın anası Ricarda Louk açıqlayıb. Onun sözlərinə görə, Fələstində olan mənbələr qızının xəstəxanada olduğunu bildirib: “Onun başından ağır zədə aldığı və vəziyyətinin kritik olduğu deyilir”. Bununla belə, R.Louk nə Fələstin, nə İsrail, nə də Almaniya rəsmilərinin qızının yeri və yaxud sağ olması barədə hər hansı məlumata sahib olmadıqlarını vurğulayıb.
Xatırladaq ki, HƏMAS-ın hücumundan sonra sosial şəbəkələrdə Shani Loukun qruplaşmaya aid bir avtomobilin arxasında olduğunu əks etdirən görüntülər yayılıb. Bildirilir ki, qadının ayaqlarının qeyri-təbii formada olması və hərəkətsiz dayanması onun öldürüldüyü barədə iddiaları gücləndirib. Sözügedən görüntülərdə qadının üzü görünməsə də, ailəsi onu ayağındakı döymələrdən tanıyıb. Daha sonradan Shaninin anası videomüraciət yayaraq qızının tapılması üçün yardım istəyib.
- Nikol və Anna Zəngəzurda: Sisiyana helikopterlə uçdular - Video
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir