Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın II dərəcəli “Dostluq” (“Dostık”) ordeni ilə təltif edilib.
BUTA.TV xəbər verir ki, mükafatlandırma mərasimi Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasından sonra baş tutub.
İclas iştirakçılarına Qazaxıstanın dövlət mükafatları və qurultayın xatirə medalları təqdim olunub.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə dialoq platformasının formalaşmasında və inkişafında xidmətlərinə görə bu ordenlə təltif edilib.
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!