Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB-nin Bişkek sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında deyib.
Uşakov Paşinyanın iştirak etməməsinin səbəbləri barədə yalnız bunu deyib:
“Biz səbəbini bilirik, amma yəqin ki, özü bunu necəsə izah edəcək”.
Uşakovun sözlərinə görə, əgər Paşinyan MDB sammitinə gəlsəydi, Rusiya Prezidenti Vladimir Putinlə onun arasında görüş Qırğızıstanda təşkil olunacaqdı:
“Burada Azərbaycan Prezidenti Əliyevlə görüşə razılaşdıq, çünki o, iştirak edəcək. Əgər Paşinyan gəlsəydi, onunla da görüş təşkil olunacaqdı”.
Eyni zamanda, Yuri Uşakov vurğulayıb ki, Rusiya ilə Ermənistan arasında təmaslar davam edəcək, tərəflərin müzakirə edəcəyi çox şey var.
Qeyd edək ki, oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılmaqdan imtina edib.
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!