Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı qızın anası və dayısı həbs edilib.
BUTA.TV xəbər verir ki, Kvemo Kartli bölgə prokuroru Xatia Qoqriçiani Aytac Şahmarovanın zorla evləndirilməsinin təşkilatçısının onun anası olduğunu və Aytacın qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıdığını bildirib. Xatırladaq ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Ləmbəli kəndində 14 yaşlı həyat yoldaşı A.Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov 3 günlük axtarışlardan sonra ötən gün gürcü polisi tərəfindən saxlanılıb.
Cinayətkar açıqlamasında anasının ona qızın 14 yox, 18 yaşında olduğunu deyib.
Qeyd edək ki, yerli sakinlərin sözlərinə görə, A.Sadiqov qeyri-rəsmi nikahda olduğu A.Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır