Sentyabrın 19-da başlayan döyüşlərdə hadisələr çox sürətlə inkişaf edirdi. Saat 16:30-17:00-a kimi oğlumdan xəbər ala bilmədim. Sonra məlum oldu ki, azərbaycan hərbçiləri artıq Çərəkdardadır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ağdərədə kənd icmasının rəhbəri Vardqes Saqyan “Pastinfo”ya deyib. V.Saqyan amansız döyüşlərin getdiyini bildirib.
“Döyüşün şiddətini təsvir edə bilmirəm. Bizim olduğumuz istiqamətdə altı topdan ikisi qalmışdı, dördü vurulmuşdu. İkisi gözümün önündə yox oldu. Bizimkilər uzun müddət müqavimət göstərə bilmədilər. Toplarımız sıradan çıxarıldıqdan sonra pulemyotla döyüşə bilməzdik”, - o etiraf edib.
Saqyan Qarabağdakı silahlı terrorçulara qarşı keçirilən antiterror əməliyyatını “cəhənnəm saatları” adlandırıb.
Qeyd edək ki, Azərbaycan Ordusu 19-20 sentyabrda Qarabağda təxribatlar törədən qanunsuz silahlılara qarşı antiterror əməliyyatı keçirib. 23 saat davam edən əməliyyat nəticəsində terrorçular təslim olub.
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!