Günlərdir ayrı-seçkilik etmədən bombardmanlara məruz qalan, işıq, su və yeməkdən məhrum olan 2,5 milyonluq Qəzza əhalisinin son dərəcə məhdud bir ərazidə köç etməyə məcbur edilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və insanlıqda yeri yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
“İsrail ordusunun Qəzzanın şimalında yaşayan Fələstin əhalisinin 24 saat ərzində Qəzzanın cənubuna çəkilməli olduğu barədə açıqlaması heç bir şəkildə qəbuledilməzdir. Biz gözləyirik ki, İsrail bu ağır səhvi dərhal aradan qaldıracaq və Qəzzada dinc əhaliyə qarşı amansız və toplum hərəkətlərinə dərhal son qoyacaq”, - nazirlik bildirib.
Qeyd edək ki, İsrail hərbçiləri BMT-yə xəbərdarlıq edib ki, Qəzza zolağının şimal hissəsinin 1,1 milyon sakini 24 saat ərzində evlərini tərk etməlidir.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı