Meyxana ustadı Vüqar Əbdülov barəsində inzibati iş başlanıb.
BUTA.TV xəbər verir ki, meyxana ustadı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Elnurə Rəcəbova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.
529.3-cü maddədə cəza növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Maddədən həm də o aydın olur ki, Vüqar Əbdülov bundan əvvəl yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törədib və buna görə ona cərimə yazılıb. Lakin meyxana ustadı cəriməni ödəməyib.
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
- Husilər Səudiyyə qüvvələrinə zərbələr endirdilər
- İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiyalı deputat nüvə silahı ilə hədələdi
- Makronun reytinqi kəskin azaldı
- Ancelina Coli Ukraynaya səfər etdi