PA rəhbəri separatçılar haqda: Cavab verəcəklər!

12:14 - 14 Oktyabr 2023 - GÜNDƏM

 PA rəhbəri separatçılar haqda: Cavab verəcəklər!

Xalqımıza qarşı cinayətlər törətmiş separatçılar Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar.

BUTA.TV xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar.

“2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin həmin ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxartdı və hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı”, - Prezident Administrasiyasının rəhbəri vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol