Rusiya XİN-in yüksək çinli diplomatı İstanbulda öldü

12:48 - 14 Oktyabr 2023 - GÜNDƏM

 Rusiya XİN-in yüksək çinli diplomatı İstanbulda öldü

Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets oktyabrın 12-də 61 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə RBC idarənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Türkiyənin NTV telekanalı xəbər verir ki, Kobrinets İstanbulun Taksim rayonunda yerləşən otel otağında ölü tapılıb.

Səhər görüşünə gələ bilməyən diplomatın həmkarları onunla əlaqə saxlamağa çalışıb. Bundan sonra otel işçiləri Kobrinetsin otağına girərək onun cəsədini tapıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

İlkin məlumatlara görə, diplomat ürək tutmasından dünyasını dəyişib. Diplomatın meyiti ölümün dəqiq səbəbini müəyyən etmək üçün morqa aparılıb.

Kobrinets 21 dekabr 1961-ci ildə Moskvada anadan olub. 1984-cü ildə MDBMİ-ni bitirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol