Qəzza zolağı sakinləri daha 6 saat ərzində cənub istiqaməyinə sərbəst gedə biləcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"Qəzza sakinlərini Qəzza şəhərini tərk etməyə və təhlükəsizlikləri üçün cənuba doğru getməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, İsrail ordusu saat 10:00-dan 16:00-a (12:00-18:00) bu küçələrdən heç bir problem olmadan keçməyə icazə verəcək. Bu vaxtdan cənuba getmək üçün istifadə edin”, – İsrail ordusunun sözçüsü Avixay Adrai X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzanın şimalından cənubuna getmək üçün sakinlərə 24 saat vaxt vermişdi. Qəzzanın şimalında 1 milyondan çox insan yaşadığı üçün BMT və AB bu vaxtın çox az olduğunu bildirmişdi.
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...