15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azırbaycan bayrağını qaldırması və separatçıların uzun müddət istifadə etdikləri binanı gəzməsi erməni mediasında da reaksiya doğurub.
BUTA.TV xəbər verir ki, gözlənildiyinin əksinə olaraq, erməni sosial şəbəkələrində bəzi şəxslərin çılğın reaksiyası istisna olmaqla, proses geniş əks-səda doğurmayıb. Əksinə, Ermənistan mediası İlham Əliyevin Xankəndi və ətraf ərazilərə, o cümlədən Kərkicahan və Malıbəyliyə səfərini geniş işıqlandırıblar.
Ermənilər arasında keçirilən sorğularda isə onların reallıqla hesablaşdıqları, həmçinin baş verənlərdə özlərini günahkar saydıqları görünür. Sorğu iştirakçıları “Azərbaycanlılar Qarabağı bizdən çox sevdikləri üçün o yerlərə sahib oldular” deyə münasibət bildiriblər.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı