HƏMAS radikal hərəkatı “Əqsa tufanı” əməliyyatı və İsrailə hücumu dörd ildir planlaşdırırdı.
BUTA.TV xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Agentlik iddia edib ki, HƏMAS-ın İsrailə hücumu iki tərəf arasında qarşıdurmada yeni dövrün başlanğıcı oldu, çünki fələstinli yaraqlılar yüksək hazırlıq səviyyəsini, eləcə də kəşfiyyatlarının effektivliyini nümayiş etdirdilər. Bu, ona görə mümkün olub ki, 2020-ci ildən HƏMAS illik təlimlər keçirir və bu təlimlər zamanı mümkün hücum ssenariləri hazırlayır.
Hərəkat nümayəndələri hər zaman hərbi təlimləri açıq keçiriblər, müxtəlif ssenarilər - şəhər mühitində döyüş əməliyyatları, şərti düşmənin yaşayış məntəqələrini və hərbi obyektlərini ələ keçirmək, sahilyanı ərazilərə hücum etmək və s. hazırlayıblar.
Yaraqlılar İsrailin Qəzza zolağına mina, tank, pilotsuz uçuş aparatları, raket əleyhinə silahlar və digər silahlar vasitəsilə mümkün müdaxiləsini dayandırmaq taktikasına xüsusi diqqət yetiriblər.
Bildirilib ki, builki təlimlər faktiki hücumdan cəmi bir ay əvvəl baş tutub və İsrail hakimiyyəti bunu ciddi qəbul etməyib və HƏMAS-ın hərbi taktikasını düzgün öyrənməyib.
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib