Son 11 gün ərzində mən davamlı olaraq qeyd etdim ki, müharibənin başlanması kəşfiyyat xidmətlərinin uğursuzluğudur. Qurum HƏMAS-ın planlaşdırdığı terror hücumu ilə bağlı xəbərdarlıq etməyib.
BUTA.TV xəbər verir ki, bunu İsrailin hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva bildirib.
"Biz ən mühüm missiyamızı yerinə yetirə bilmədik və bir rəhbər kimi, mən bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Vəziyyəti ətraflı araşdırıb nəticə çıxaracağıq. İndi isə qarşımızda yalnız bir vəzifə var - mübarizə aparmaq və qalib gəlmək”, - Haliva bildirib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu müharibə vəziyyəti elan edib və əməliyyata başlayıb.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı