İsrail Qəzza zolağının mərkəzindəki Əl-Əhli xəstəxanasında baş verən partlayışla bağlı topladığı kəşfiyyat məlumatlarını ABŞ-a təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Kan Hadaşot” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Qəzzada ələ keçirilən danışıqların yazıları və müxtəlif vasitələrlə toplanmış digər məlumatlar da ABŞ-a ötürülüb.
Qeyd edək ki, oktyabrın 17-də İsrail ordusunun Qəzza zolağında xəstəxanaya hücumu nəticəsində ölənlərin sayı artıq 800 nəfəri keçib.
İsrail isə hücumda əli olmadığını, xəstəxanaya düşən raketi "İslami-Cihad"ın buraxdığını bildirib.
- Gürcüstan qaranlığa qərq oldu
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi