Şahramanyandan DTX-yə zəng: Bakı bu təklifi rədd etdi

11:02 - 18 Oktyabr 2023 - GÜNDƏM

 Şahramanyandan DTX-yə zəng: Bakı bu təklifi rədd etdi

Sentyabrda Qarabağda antiterror tədbirləri zamanı Azərbaycan iki separatçı - Samvel Babayan və Vitali Balasanyanla danışıqlardan imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb və Azərbaycana Samvel Babayanın “baş danışıqçı” kimi namizədliyini təklif edib:

“Azərbaycanlılar bununla razılaşmadılar. Daha sonra Şahramanyan Vitali Balasanyanı təklif etdi, Bakı bununla da razılaşmadı. Azərbaycan son nəticədə bütün variantları rədd edərək bildirib ki, ondan yalnız bir şey tələb olunur - separatçı rejimin ləğvi ilə bağlı bəyanat imzalansın. Sonda belə edildi”.

Bu xəbər hal-hazırda çox oxunur
Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol