Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, separatçılığa, “boz” zonaya son qoyması fransız səfiri yaman mütəəssir edib. Amma fransız səfir açıq-aşkar ünvanları səhv salır.
BUTA.TV xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının Fransanın Ermənistandakı səfirinin böhtançı açıqlaması ilə əlaqədar açıqlamasında yer alıb.
Qeyd olunub ki, işğalçı ölkə vaxtilə dünyanın 40-dan çox ölkəsini işğal etmiş, indi də müxtəlif dənizaşırı əraziləri müstəmləkə asılılığında saxlayan, daim işğalçı müharibələr aparmış Napoleonun 200 illiyini böyük təmtaraqla qeyd edən Fransadır.
Səfirin və Avropa İttifaqının Ermənistandakı missiyasının baş çəkdiyi ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və Ermənistanın deportasiya etdiyi torpaqlardır. Lakin fransız səfir Azərbaycana və azərbaycanlılara nifrətinə, səlibçi mentalitetinə görə heç vaxt bu kimi məqamlara toxunmayacaq.
"Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini 21-ci əsrdə Paris muzeylərində saxlayan riyakarların ittihamlarını qətiyyətlə rədd edirik", - açıqlamada bildirilib.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı