Ötən gün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin İranın raket sənayesinə məhdudiyyətlər tətbiq edən bəzi müddəaları qüvvədən düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN artıq praktiki olaraq sanksiyaların ləğvini istəyib:
“18 oktyabr 2023-cü il tarixindən etibarən BMT Təhlükəsizlik Şurasının raket sənayesi ilə bağlı fəaliyyətlərə, o cümlədən müvafiq xidmətlərə və texnologiyalara tətbiq etdiyi ədalətsiz məhdudiyyətlərin sonuncu hissəsi, o cümlədən aktivlərin dondurulması və iranlı hüquqi şəxslər üçün maliyyə məhdudiyyətləri başa çatıb".
Bundan əlavə, İran xarici işlər nazirinin müavini Əli Baqeri deyib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əsasında İrana qarşı tətbiq edilən bütün milli və ya regional məhdudlaşdırıcı tədbirlər və ya sanksiyalar ləğv edilməlidir.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı