Qazaxıstan Rusiyaya müharibədə istifadə oluna bilən 106 növ malın ixracını qadağan edib.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev deyib.
“Müharibə ilə bağlı məhdudiyyətlərə məruz qalan mallar istisna olmaqla, bütün malları ixrac edirik. Bunlar 106 növ maldır - biz onların ixracını tamamilə qadağan etmişik. Belə mallara dronlar, elektrik çipləri, eləcə də müharibədə istifadə oluna bilən elektronika daxildir. Göstərilən 106 adda mal Qazaxıstanda istehsal olunmur, lakin əvvəllər (Rusiya və Ukrayna arasında müharibədən əvvəl – red.) Qazaxıstan vasitəsilə təkrar ixrac edilir. Qazaxıstana idxal həyata keçirilir, ixrac isə yox. Onlar təkcə Qərbdə deyil, başqa ölkələrdə də istehsal olunur”, - o bildirib.
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi