Türkiyədə azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun bacısı oğlu Məhəmməd Qurbanova edilən silahlı hücumla bağlı təfərrüatlar məlum olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisədə şübhəli bilinən 5 nəfər saxlanılıb. Onlar özbək əsilli ABŞ vətəndaşı Ziyoyıddın D., Qaçay T., Zaur Q., Əhmədağa A. və Otabek B.-dir. Həmçinin aralarında bir rusiyalının da olduğu 3 nəfər isə saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Məlumata görə, hücum zamanı istifadə olunan avtomobil Ziyoyıddın D. tərəfindən kirayəyə götürülüb. Hazırda kimliyi müəyyənləşən 3 nəfərin saxlanılması üçün axtarış tədbirləri davam etdirilir.
Digər tərəfdən saxlanılan şəxslərin mərhum azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyev klanına daxil olduqları məlum olub. Bununla da, “Lənkəranski”nin 2016-cı ildə İstanbulun Beşiktaş ərazisində sui-qəsd nəticəsində öldürülməsi əks etdirən kamera görüntüləri yenidən araşdırılmağa başlanılıb. Həmçinin “Lənkəranski” və “Lotu Quli”nin adı keçən bütün keçmiş sənədlər yenidən araşdırılmaq üçün ortaya çıxarılıb. İddia olunur ki, “Lotu Quli”nin bacısı oğluna edilən silahlı hücumun izləri, 2013-cü ildə “Ded Xasan”ın, həmin il avqust 18-də Əli Həmidovun, 3 il sonra eyni gündə, yəni 2016-cı ilin 18 avqustunda Rövşən Canıyevin və 2020-ci ildə Nadir Səlifovun öldürülməsinə qədər gedib çıxır.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Hazırda iş üzrə İstanbul İctimai Təhlükəsiz Şöbəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar davam edir.
Qeyd edək ki, bu il sentyabrın 19-da İstanbulun Beylikdüzü adlanan ərazisində naməlum avtomobildə olan silahlılar “Lotu Quli”nin bacısı oğlu Məhəmməd Qurbanov və onun mühafizəçisi olan sabiq polislər – Yılmaz Demir, Mehmet Acermen və Gürcüstan əsilli İsrafil Orucova atəş açıb. Nəticədə M. Qurbanov xəsarət alıb, Y. Demir isə aldığı xəsarətlərdən ölüb.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı