İrəvanda erməni separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı cinayət işinin açılması qanunsuz silah saxlama maddəsi ilə əlaqələndirilsə də, həbs səbəbi siyasi amillə əlaqəli ola bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun fikrincə, Baş nazir Nikol Paşinyan Ermənistana köçən bir qrup separatçıya göz dağı vermək istəyir:
“Bəlli olub ki, Qarabağdan Ermənistana köçən ermənilərin bir qismində silah aşkarlanıb. Bu silahların gələcəkdə hakimiyyətə qarşı yönəlməməsi üçün Paşinyan böyük ehtimalla separatçıların liderlərini nəzarətə götürmək əmrini verib. Açılan cinayət işləri separatçıları Paşinyana qarşı gələcək addımlardan çəkindirməlidir. Nikol Paşinyan Qarabağ ermənilərinin mütləq əksəriyyətini İrəvana buraxmamaqla, ucqar şəhər, qəsəbə və kəndlərdə yerləşdirməklə doğru gediş edib. Qarabağ erməniləri bu vəziyyətdə Ermənistanın radikal müxalifətinə güc qata bilməyəcəklər”.
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
- Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı
- Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdı
- Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
- Azərbaycan və Türkiyə daha bir protokol imzaladı