İstifadəçilərin əksəriyyəti Ayfon-15-in arxa panelinin şüşəsinin kövrək olması və asanlıqla qırılmasından şikayətləniblər.
BUTA.TV xəbər verir ki, Əpl rəsmiləri istifadəçilərin şikayətlərinə cavab verəmlıi olub. Şirkətdən bildirilib ki, yeni versiyanın arxa paneli həqiqətən də şüşədən hazırlanıb və qırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Əpl arxa panelin zədələnmə riskini minimuma endirmək üçün istifadəçilərə qoruyuculardan istifadə etməyi məsləhət görüb.
Şirkət onu da bildirib ki, istiliyi daha yaxşı ötürmək və cihazın düzgün işləməsini təmin etmək üçün şüşədən istifadə edilib.
Qeyd edək ki, istifadəçilərin əksəriyyəti Ayfon-15 Pro və Pro Maks versiyasından daha çox şikayət edirlər. Onların fikrincə, smartfonlar əl yandıracaq dərəcədə qızır. Əpl məsələni həll etmək üçün yenilənmə tətbiq etmişdi.
İlon Maskın "Starlink" peyk interneti Azərbaycanda - QİYMƏTLƏR və ŞƏRTLƏR
Bundan başqa, istifadəçilər bildirirlər ki, Ayfon-15-in səsini 80%-dən yuxarı qaldırdıqda xırıltılı səs çıxır. Bu problem hələ də həll olunmamış qalıb.
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- Ən çox qırıcısı olan islam ölkələri: Azərbaycan neçəncidir?
- XİN Myanma və Taylanddakı zəlzələ ilə bağlı başsağlığı verdi
- “Starlink” Azərbaycanda: qiymət təəccübləndirdi - Ekspert
- Vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri HƏBS OLUNDU
- İlon Maskın "Starlink" peyk interneti Azərbaycanda - QİYMƏTLƏR və ŞƏRTLƏR
- Bakıda beynəlxalq konfrans keçirilir
- Ərdoğanın təklifi: Rusiya müsbət qarşılayacaqmı?