Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda qətl hadisəsi baş verib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, 41 yaşlı Zamin Tanrıverdiyev keçmiş həyat yoldaşı Pərvanə Məhərrəmovanı kəsici-deşici alətlə öldürməkdə şübhəli bilinərək saxlanılıb. Cütlük bir neçə il əvvəl ayrılıblar. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb.
Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Qətlə yetirilən Pərvanə Məhərrəmovanın fotosunu təqdim edirik:
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı