2024-cü ildə satışa çıxması gözlənilən Ayfon-16 yeni sensorlu düymə ilə təchiz olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb. Məlumata görə, yeni düymə cihazın uclarının birində yerləşdiriləcək və çox güman ki, proqramlaşdırıla biləcək.
Bununla belə, düymənin konkret məqsədi naməlum olaraq qalır, çünki o, artıq mövcud olan güc və səs düymələrinə əlavə olaraq yerləşdiriləcək.
Nəşrin digər mənbələrə istinadla verdiyi məlumata görə, yeni düymə gücə nəzarət düyməsinin yanında yerləşəcək və Əplın daxili sənədlərində “ələkeçirmə düyməsi” kimi xatırlanır.
Bundan başqa, millimetrlik 5G anteni də Ayfon-16-ya yerləşdiriləcək.
Ayfon-16 Pro, Ayfon-16 Pro Maks 48 meqapiksellik geniş bucaqlı obyektivlə təchiz olunacaq ki, bu da Ayfon kameraları üçün təkamüldə yeni mərhələ olacaq.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...