Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə əlavə ittiham verilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Elçin Sadıqov danışıb. Vəkil bildirib ki, B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Daha əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.
- Bakıda əməliyyat: qadın saxlanıldı - Vİdeo
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!