Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü Şamil Bəkir oğlu İsmayılov və ofisiant, 1994-cü il təvəllüdlü Timur Oleqoviç Panovun müştərilərlə mübahisəsi yaranıb.
Mübahisə sahibkarla və işçinin döyülməsi ilə yekunlaşıb.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı