Hakerlər 2023-cü ilin ilk doqquz ayı ərzində Çexiya banklarının müştərilərindən təxminən 1 milyard kron (təxminən 43,4 milyon dollar) oğurlayıblar.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Seznam” xəbər portalı məlumat yayıb.
Yanvar-sentyabr daxil olmaqla 50 minə yaxın bank müştərisi hakerlərin qurbanı olub. Onların hər birinə orta hesabla dəymiş ziyan təxminən 20 min kron (868 dollar) təşkil edib.
Portalın məlumatına görə, ölkəfə hakerlərin bank müştərilərinin vəsaitlərini oğurlaması hallarının sayı sürətlə artıb. Çex Banklar Assosiasiyası 2021-ci ildən başlayaraq bank müştəriləri üçün tərtib etdiyi kibertəhlükəsizlik indeksini 66 punkta endirməyə məcbur olub. İki il əvvəl bu rəqəm 68 bal idi. O zaman haker aktivliyi yarıya qədər aşağı idi.
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Azərbaycanda işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır...
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu