Bakıda içkinin təsiri altında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən şəxslər inzibati qaydada həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1985-ci il təvəllüdlü Cavid Salamov (ad-soyad şərtidir) mütəmadi olaraq gecə saatlarında DİN-in 102 xidmətinə zəng vuraraq, nalayiq ifadələr işlədib. Vətəndaşa dəfələrlə xəbərdarlıq olunsa da, əməllərini davam etdirib. O, saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib. Binada polisə müqavimət göstərib.
Məhkəmənin qərarı ilə, C.Salmanov İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Azərbaycanda işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır...
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu