Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi miqrantların qeyri-qanuni daşınması işi üzrə aparılan istintaq zamanı iki əcnəbi vətəndaşın saxlanıldığını açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, xüsusi əməliyyat Tiflisin iki məntəqəsində eyni vaxtda keçirilib. Axtarış zamanı partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular, elektron məlumat ötürmə vasitələri, tüfənglər, saxta xarici pasportlar, üzərində İŞİD terror təşkilatının simvolları olan bayraq götürülüb.
İstintaqın hazırkı mərhələsində saxlanılanların milliyyəti barədə məlumat verilmir.
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı