Bu forum-müzakirənin məqsədi bir daha Brüsseldə, yəni AB-nin mərkəzində Rusiyanı lənətləmək, onu dünyadakı bütün günahlarda ittiham etmək, İrəvanın MDB, Aİİ, KTMT strukturlarından, 102-ci Rusiya hərbi bazasının isə Ermənistandan çıxması, İrəvanın Moskva ilə münasibətlərini kəsməsi və dördüncü dərəcəli bürokratları ərköyünləşdirərək Ermənistanın təhlükəsizliyinin Qərb tərəfindən təmin ediləcəyinə dair ümidli fikirlərin səslənməsi idi. Təbii ki, iştirakçıların tərkibi xüsusi seçilib. Onların arasında bir az fərqli fikirdə olan yox idi. Əminəm ki, hətta onlar çıxışlarında “kim daha çox antirusiya sözləri deyəcək” deyə, bir-biri ilə yarışıblar.
BUTA.TV xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan Brüsseldə keçirilən “Ermənistanın strateji gələcəyi” konfransını şərh edərkən deyib.
“Maraqlıdır ki, özlərini qərbyönlü, Qərb dəyərlərinə sadiq hesab edən həmin fiqurlar Ermənistanda gedən antidemokratik proseslərə göz yumurlar. Üstəlik, onlar həm də Avropa dəyəri hesab edilən tolerantlıqdan və debat mədəniyyətindən uzaqdırlar. Hər hansı sual yaranarsa, məntiqli cavab vermirlər, əksinə, rəqibini “ruspərəst”, “müsəlman”, “rus qulu” adlandıraraq təhqir edirlər. Brüsseldəki bu görüş təsadüfi deyildi, Paşinyanın tapşırığı ilə, ola bilsin ki, maliyyə vəsaiti hesabına təşkil olunub. Brüsseldəki görüş Parisdə Nikolun iştirak etdiyi sülh konqresinə paralel keçirilib. Bunun təsadüf olduğunu düşünmürəm. Parisdə Paşinyan növbəti dəfə bütün dünyanın qarşısında diz çökdü”, - o bildirib.
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?