“İsrailin mühasirəyə alıb bombaladığı, elektrik kəsilməsi nəticəsində 6-sı körpə olmaqla cəmi 20 nəfərin həyatını itirdiyi Qəzzanın “Şifa” xəstəxanasında inkubatorlarda saxlanılan körpələr çarəsizcə ölüm gözləyir”.
BUTA.TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xəstəxananın direktoru Muhammed Abu Silmiyye danışıb. Direktor bildirib ki, xəstəxanada həyatları təhlükə altında olan 33 vaxtından əvvəl doğulmuş körpə var. “İsrail xəstəxananın oksigen mərkəzini də vurub. İnkubatorlardakı körpələr bir-bir ölür. Həkimləri də hədəfə aldılar. Dostlarımız şəhid olub. 4 gündür heç kim çıxa bilmir. Hərəkət edəni güllələyirlər. Həkimlər xəstəxanadan çıxa bilmir, çöldəkilər də xəstəxanaya gedə bilmir. Əməliyyat otağı belə işləmir. Qadınlar körpələri ilə birlikdə öləcəklər”, - xəstəxanada çalışan həkim Fadya Malhis bildirib.
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
- Bağçalara növbəyə yazılma dayandırılır
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu
- AEM-dən xəbərdarlıq: Bu məlumatlar saxtadır - Foto
- Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video