Rüşvət ittihamı ilə məhkum edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayevə yeni vəzifə verildiyi bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb. Bildirilir ki, o, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktor müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dörd ilə, Ali Məhkəmə isə üç ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
- Ölkənin Ali Məclisində yeni komissiyalar yaradılacaq
- Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan